04 avqust 2026 22:51
108

Suriya İraqla sərhədə hərbi birləşmələr yerləşdirib

Suriya İraqla sərhəd boyunca hərbi birləşmələr yerləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, Suriya Müdafiə Nazirliyi ordunun maksimum döyüş hazırlığı rejiminə keçirilməsi barədə tapşırıq verib. Bu qərarın səbəbləri barədə məlumat verilməyib.

Telekanalın məlumatına görə, bir neçə gün əvvəl Dəməşq İraq ərazisindən Suriya-İraq sərhədi yaxınlığında İran tərəfindən dəstəklənən silahlı birləşmələrin aktivliyinin qeydə alındığı barədə Bağdadı məlumatlandırıb. Suriya hakimiyyəti İraq ərazisindən həyata keçirilən istənilən hücuma cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib, həmçinin öz ərazisindən Suriyaya qarşı əməliyyatlar üçün istifadə edilməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.