05 avqust 2026 09:34
89

ABŞ Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşma əldə edildiyini açıqlamağa hazırlaşır

ABŞ avqustun 5-də Hörmüz boğazının açılması məsələsi üzrə İran və Omanla müvəqqəti razılaşma əldə olunduğunu elan etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton, Tehran və Maskat 60 günlük müddətə saziş bağlamağa yaxındır. Bu, gəmilərin Fars körfəzinə İranın ərazi suları vasitəsilə, əks istiqamətdə isə Tehranla koordinasiya şəraitində Oman suları vasitəsilə keçməsini nəzərdə tutur. Gəmilərin keçidi üçün ödənişin alınması nəzərdə tutulmayıb.

"Axios"un mənbələri iddia ediblər ki, razılaşmaların müddəti uzadıla bilər. Onların pozulacağı təqdirdə, ABŞ İran ərazisinə irimiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.

Portalın məlumatına görə, çərşənbə axşamı İran rəhbərliyi sazişin şərtlərinin razılaşdırılması prosesini başa çatdırıb.