İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri olan Seutanın rəhbərliyi avqustun 15-də şəhərə yeni kütləvi miqrant axını cəhdinə dair sosial şəbəkələrdə yayılan çağırışlardan narahatlığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "20 Minutos" qəzetinə Seuta hökumətinin nümayəndəsi Alexandro Ramires bildirib.

"Baş verənlərdən sonra sosial şəbəkələrdə bu cür şayiələrin olması təbii ki, narahatlıq doğurur", — deyə, o qeyd edib. Ramires aidiyyəti dövlət orqanlarının bu çağırışlar barədə məlumatlandırıldığını vurğulayıb.
Son günlərdə sosial şəbəkələrdə avqustun 15-də sərhədi keçmək cəhdini əlaqələndirmək üçün messencerlərdə yaradılmış qruplara qoşulmaq çağırışları yayılır. Toplanış yeri kimi Seuta ilə sərhəddə yerləşən Mərakeşin Fnideq şəhəri göstərilir.
İyulun sonunda 72 minə yaxın qanunsuz miqrant üzərək və şəhəri Mərakeşdən ayıran dalğaqıranı keçərək Seutaya daxil ola bilib.
İspaniya hökuməti şəhərdə təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. İspaniya tərəfinin məlumatına görə, Seutaya çatmaq istəyən ən azı 75 nəfər həlak olub, Rəbat isə 11 qurbanın olduğunu bildirib.
Ehtimal olunur ki, 70 minə yaxın miqrant artıq Mərakeşə qayıdıb.
Yaponiyada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib