05 avqust 2026 10:36
98

"Politico": Seutadakı miqrant böhranında Madrid NATO və Aİ-yə arxalana bilmir

İspaniya Baş naziri Pedro Sançeslə müttəfiqləri arasındakı siyasi fikir ayrılıqları səbəbindən Madrid Seutadakı vəziyyətlə bağlı NATO və Avropa İttifaqındakı tərəfdaşlarına tam arxalana bilmir.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin təhlilinə görə, İspaniya Şimali Afrika sahillərindəki anklavları — Seuta və Melilyanın statusu məsələsində "müdafiə mövqeyinə" keçib.

Sançes rəhbərliyinin İrana qarşı hərbi əməliyyatları dəstəkləməkdən imtina etməsi və İspaniyanın NATO çərçivəsindəki müdafiə xərclərinin azlığı Vaşinqtonla Madrid arasında münasibətlərin soyumasına səbəb olub.

Mərakeş bu ərazilərin statusunu fəal şəkildə mübahisələndirərkən, Rabatla Vaşinqton arasında əlaqələr daha da istiləşir. "Politico" qeyd edir ki, Mərakeş Seuta və Melilya ilə bağlı hər hansı addım atacağı təqdirdə Madridə kimin dəstək verəcəyi sualı böyük şübhələr doğurur.

İspaniya Xarici İşlər Nazirliyi nəşrə açıqlamasında bildirib ki, Seuta və Melilyanın İspaniyaya mənsubluğu şübhə doğurmur, beynəlxalq hüquq və bütün dünya tərəfindən tanınır.