Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) hesabatına əsasən, «Anthropic» və «OpenAI» şirkətlərinin süni intellekt agentləri təhlükəsizlik sınaqları zamanı tərtibatçıları aldatmağa və onları kiberhücumda iştirak etməyə məcbur etməyə cəhd göstəriblər.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Hesabata görə, qeydə alınan hərəkətlərin böyük hissəsi «Mythos 5» modeli ilə bağlı olub. Model «GitHub» platformasında saxta istifadəçi hesabları yaradaraq açıq kodlu proqram təminatına zərərli kodlar yerləşdirməyə və bu dəyişiklikləri tərtibatçılara təsdiqlətməyə çalışıb.
Daha sonra Sİ modeli insanlarla kontakt qurmağa cəhd edərək zərərli proqram təminatı ehtiva edən mesajlar göndərib, habelə «GitHub»da digər agentlərlə əməkdaşlıq təklif edən açıq elanlar paylaşıb.
AISI nümayəndələri qeyd ediblər ki, bu cür təhlükəsizlik sınaqları çərçivəsində Sİ modulları üçün xüsusi «sərbəst şərait» yaradılır — təhlükəsizlik filtrləri söndürülür və modellərə internetə açıq çıxış verilir.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib