Ukrayna və Böyük Britaniya bəzi silah növlərinin birgə istehsalı imkanlarını, eləcə də Ukrayna şəhərlərinin və icmalarının ballistik təhdidlərdən qorunmasının gücləndirilməsini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinqlə görüşünün yekunlarına dair sosial şəbəkələrdə yazıb.
"Böyük Britaniyanın Ukraynaya şəhərləri və icmaları bu cür ballistik təhdidlərdən daha yaxşı qorumağa necə kömək edə biləcəyini - həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə, - qıt avadanlıqların tədarükünə kömək edərək artıq dəfələrlə etdiyi kimi, müzakirə etdik. Xüsusilə də, ayrı-ayrı silah növlərinin birgə istehsal imkanlarını barədə danışdıq. Həm Britaniya, həm də Ukrayna müharibənin sınağından çıxmış güclü imkanlara malikdir", - o yazıb.
Bundan əlavə, görüşdə ballistik raketlərin istehsalına cəlb olunmuş Rusiya müəssisələrinə qarşı sanksiyalar ətrafında fikir mübadiləsi aparılıb.
“Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanmış qanun layihəsi TBMM-in gündəliyinə daxil edilib
Bəqai: İran və Oman Hörmüz boğazındakı gəmiçilik marşrutunun parametrlərini razılaşdırıb