05 avqust 2026 22:51
101

ABŞ-ın su təchizat sistemi kiberhücuma məruz qalıb

ABŞ-ın 12 ştatında su təchizatı sistemləri kiberhücumlara məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ABC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, su təchizatı və ya suyun təmizlənməsi sahəsində genişmiqyaslı nasazlıqlar müşahidə olunmayıb.

Telekanalın məlumatına görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) kommunal xidmətlərə və müəssisələrə imkan daxilində sistemləri internetdən ayırmağı, avtomatik açar və qoruyuculardan istifadə etməyi, həmçinin avtomatlaşdırılmış sistemlər komprometasiya olunduğu halda manual idarəetməyə qayıtmaq imkanını nəzərdən keçirməyi tövsiyə edib.

Mənbələrin iddiasına əsasən, kiberhücumlara görə əsas şübhələr məhz İrana yönəlib, lakin bununla bağlı hələlik hər hansı rəsmi sübut yoxdur.