Keçən həftə İspaniya ilə sərhəddə miqrasiya böhranının kəskinləşməsi zamanı baş verən insidentlərdən sonra Mərakeş hakimiyyəti 86 nəfərə qarşı rəsmi ittiham irəli sürüb.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın «EFE» agentliyi Mərakeş İnsan Hüquqları Assosiasiyasının məlumatlarına istinadən xəbər verib.
Qeyd olunur ki, nə Mərakeş hökuməti, nə də məhkəmə orqanları hələlik rəsmi rəqəmləri açıqlamayıblar.
Tetuan prokurorluğu ən azı 34 nəfərə (o cümlədən 5 yetkinlik yaşına çatmayan şəxsə) sərhədin qanunsuz keçilməsinin təşkili və ya insanların qanunsuz daşınması ilə bağlı hüquqpozmalara görə ittiham irəli sürüb. Nador şəhərində miqrasiya böhranı zamanı baş verən hadisələrlə əlaqədar 52 nəfər məhkəməyə verilib.
İyulun sonunda on minlərlə qanunsuz miqrant İspaniyanın Şimali Afrikadakı Muxtar Şəhəri olan Seutaya çatmaq üçün üzərək və ya şəhəri Mərakeşdən ayıran dalğaqıranı piyada dolanaraq sərhədi keçməyə cəhd edib.
İspaniya hakimiyyətinin qiymətləndirməsinə görə, son bir neçə gündə Seuta sərhədini keçən miqrantların sayı 50 min ilə 60 min arasında olub.
Mərakeş İDİN-nin bildirdiyinə görə, qanunsuz sərhəd keçməyə cəhd edənlərin faktiki sayı Сеута istiqamətində təxminən 40 min, Melilya istiqamətində isə 1 135 nəfər təşkil edib.