Türkiyə Hərbi Hava Qüvvələrinin Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyasında (Baltic Air Policing) iştirak etmək üçün Estoniyaya yerləşdirilən beş F-16 qırıcısı tapşırıqların icrasına başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.
"Beş F-16 qırıcısının və onların şəxsi heyətinin Estoniyadakı Amari aviabazasına köçürülməsi iyulun 31-də başa çatıb. Onlar öz vəzifələrinin icrasına avqustun 1-dən başlayıblar. Missiya 2026-cı il noyabrın 30-dək davam edəcək", — deyə hərbi idarədən bildirilib.
Türkiyə bu rotasiya çərçivəsində missiyanı Portuqaliyadan təhvil alıb.