06 avqust 2026 13:18
112

Dövlət Departamenti bəzi kateqoriyalar üçün viza alarkən girov sisteminin tətbiqini təsdiqləyib

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott qurumun ilk dəfə olaraq immiqrantların müəyyən kateqoriyalarından Amerika vizası üçün müraciət edərkən xüsusi girov (depozit) köçürməyi tələb edəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Dövlət Departamenti ilk dəfə olaraq müəyyən vizalara müraciət edən immiqrantlardan girov köçürməyi tələb edəcək. Bu, immiqrantların maliyyə baxımından özlərini təmin edə bildiklərini nümayiş etdirmələri üçün zəruridir", — deyə Piqott yazıb.

"Washington Free Beacon" nəşri mənbələrə istinadla xəbər vermişdi ki, Dövlət Departamenti potensial immiqrantların bəzi kateqoriyalarından ABŞ vizası almaq üçün 250 min dollara qədər girov məbləği tələb edəcək. Söhbət ilk növbədə maliyyə müstəqilliyi ABŞ konsulluq orqanlarında şübhə doğuran şəxslərdən gedir.

Bu tədbir özünü müstəqil təmin etmək iqtidarında olmayan şəxslərin ABŞ-yə girişinin qarşısını almağa yönəlmiş yeni pilot proqramın bir hissəsidir.

Birinci mərhələdə girov təcrübəsi Dominikan Respublikasından olan müraciətçilərə şamil ediləcək. Daha sonra bu qaydanın digər ölkələrə də genişləndirilməsi planlaşdırılır.