06 avqust 2026 13:45
99

Aİ sərhəd-keçid məntəqələri uzun növbələr səbəbindən biometrik skanerləri söndürür

Avropa İttifaqının biometrik yoxlamaya əsaslanan elektron sərhəd-nəzarət sistemi (Entry/Exit System, EES) sərhəddən keçid prosesini o qədər ləngidir ki, bəzi Avropa hava limanları və sərhəd-keçid məntəqələri onu sadəcə olaraq söndürürlər.

“İki sahil” xəbər verir ki, bu barədə «Politico» nəşri mənbələrə istinadla xəbər verib.

"Yayın pik mövsümündə növbələr yarandıqda, Paris və Amsterdamda sərnişin axınının fasiləsizliyini təmin etmək üçün sistem söndürülür», — deyə Fransanın «Air France - KLM» aviaşirkətinin şərhində bildirilir.

Mənbələrin verdiyi məlumata görə, biometrik skanerlər Paris və Amsterdamla yanaşı Bryussel, Milan və Frankfurt hava limanlarında da dövrədən çıxarılır.

Barmaq izlərinin və üzün skan edilməsini nəzərdə tutan EES sistemi Aİ ərazisinə saxta sənədlərlə və ya vaxtı keçmiş vizalarla daxil olmağa çalışan qayda pozanlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.