07 avqust 2026 08:54
88

Almaniya Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib

Almaniya Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket atışını pisləyərək, bunun regionda təhlükəsizlik və sabitliyə təhdid yaratdığını bildirib.

“İki sahil” xəbər verir ki, müvafiq bəyanat Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial media səhifəsində dərc edilib.

"Şimali Koreyanın bu gün regionda təhlükəsizlik və sabitliyə təhdid yaradan ballistik raket atışını pisləyirik", - bəyanatda deyilir.

Almaniya Xarici İşlər Nazirliyi Pxenyanı BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə uyğun olaraq ballistik raketlərin qanunsuz hazırlanmasını, sınaqdan keçirilməsini və yayılmasını dərhal dayandırmağa çağırıb.

Daha əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını bildirib.