07 avqust 2026 10:47
95

Madrid Seuta böhranı ilə bağlı Aİ-dən rəsmi yardım istəməyib

İspaniya hakimiyyəti Seutadakı miqrasiya böhranının kəskinləşməsi ilə əlaqədar hələlik Avropa İttifaqına rəsmi yardım üçün müraciət etməyib.

“İki sahil” xəbər verir ki,  "20 Minutos" qəzetinin krallığın Daxili İşlər Nazirliyindəki mənbələrə istinadla verdiyi məlumata görə, Brüsselin mümkün yardımının həyata keçirilməsi ilə bağlı "təkliflər irəli sürülsə də", hələlik "qəti heç nə qərara alınmayıb".

Daha əvvəl Avropa Komissiyası İspaniya hakimiyyətinin avtonom şəhərdəki vəziyyətlə bağlı ilkin hesabat təqdim etməsindən sonra İspaniyaya əlavə maliyyə yardımı göstərilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib. Nəşrin yazdığı kimi, cümə günü baş nazir Pedro Sançes Seutadakı vəziyyəti əlaqələndirmək üçün bir neçə nazirlə videokonfrans keçirəcək.