07 avqust 2026 11:32
88

Yaponiya Kuril аdаlarına Zorge və Rublenko adlarının verilməsi planını araşdırır

Yaponiya hökuməti Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) Kiçik Kuril silsiləsinin iki adsız adasına sovet kəşfiyyatçısı Rixard Zorge və artilleriyaçı İvan Rublenkonun adlarının verilməsi planlarını araşdırmaq niyyətindədir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kixara bildirib.

O, mətbuat konfransında qeyd edib ki, rəsmi Tokio əvvəlcə bu qərar ətrafında dəqiq faktiki vəziyyəti öyrənəcək, bundan sonra ölkəsinin "şimal əraziləri" üzrə mövqeyinə əsaslanaraq hərəkət edəcək.

İyulun sonunda RCC-nin Saxalin şöbəsi Kiçik Kuril silsiləsinin iki adsız adasına xatirə lövhələri quraşdıraraq həmin adalara Rixard Zorge və İvan Rublenkonun adlarını verib.