07 avqust 2026 23:05
100

ABŞ bu il Hindistana 3,6 milyon ton mayeləşdirilmiş neft qazı tədarük edib

ABŞ yanvar–iyul aylarında Hindistana 3,6 milyon ton mayeləşdirilmiş neft qazı (MNQ) ixrac edib və bu enerji daşıyıcısının ölkəyə ən böyük tədarükçüsünə çevrilib.

“İki sahil”in "Kpler" analitik şirkətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, təkcə iyul ayında Hindistan ABŞ-dan 896 min ton MNQ idxal edib. Bu, iyun ayı ilə müqayisədə 24% çoxdur.

ABŞ ilə İran arasında münaqişənin gərginləşməsi nəticəsində Hörmüz boğazının blokadaya alınması səbəbindən BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdən MNQ tədarükü ilin əvvəlindən etibarən 5,3 milyon tona qədər azalıb. Münaqişədən əvvəl Hindistanın idxal etdiyi MNQ-nin təxminən 90%-i Fars körfəzi ölkələrinin payına düşürdüsə, yanvar–iyul aylarında bu regiondan qaz tədarükünün payı 60%-ə enib.

İyul ayında Hindistanın ümumi MNQ idxalı 1,23 milyon tona çataraq son dörd ayın ən yüksək səviyyəsinə yüksəlib və əvvəlki ayın göstəricisini təxminən 7% üstələyib.