Nepal xilasediciləri ötən ilin noyabrında qar uçqunundan sonra beş alpinistin itkin düşdüyü Yalunq-Ri dağı ərazisində beş meyit aşkarlayıblar. Tapılan meyitlərin itkin düşmüş idmançılara aid olub-olmadığı hələlik müəyyən edilməyib.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, itkin düşənlər arasında üç əcnəbi - italiyan kanadalı, İtaliya vətəndaşı və Almaniya vətəndaşı var.
Qaurişankar bələdiyyəsinin nümayəndəsi Txabindra Kumar Kafle bildirib ki, meyitləri avqustun 8-i turizm şirkəti tərəfindən axtarış işləri aparmaq üçün göndərilmiş əməkdaşlar görüblər.
Yalunq-Ri dağı Nepalın şimal-şərqindəki Rolvalinq vadisində yerləşir. Bu ərazidə alpinist marşrutları qayalıq, buzlu və qarlı səthlərin birləşdiyi sahələrdən keçir.
Ukrayna Xəzər Boru Kəməri konsorsiumunun infrastrukturuna hücum etməyəcəyinə söz verib
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib