Türkiyənin Sıfır Tullantı Vəqfi son dövrlərdə xüsusilə Aralıq və Egey dənizləri sahillərində, eləcə də çaylarda müşahidə olunan plastik tullantı və mikroplastik çirklənməyə qarşı genişmiqyaslı sahə araşdırmasına başlayır.
“İki sahil” xəbər verir ki, Sıfır Tullantı Vəqfinin prezidenti, COP31-in yüksəksəviyyəli iqlim çempionu Samed Ağırbaşın iştirakı ilə yaxın günlərdə Antalya, Mersin, Muğla və Adana vilayətlərində keçiriləcək araşdırmalar zamanı plastik tullantıların quru ərazilərdən su mənbələrinə və dənizlərə daşınması ilə bağlı mövcud vəziyyət yerində öyrəniləcək.
Proqram çərçivəsində sahillərdə və çaylarda müşahidə olunan plastik tullantıların mənbələri, tullantıların ətraf mühitə atılmasına səbəb olan proseslər, mövcud tullantıların idarə olunması təcrübəsi və əlavə görülə biləcək tədbirlər qiymətləndiriləcək.
Sahə araşdırmaları nəticəsində əldə olunacaq məlumatların plastik çirklənməyə qarşı mübarizə istiqamətində konkret həll təkliflərinin hazırlanmasına və siyasətin formalaşdırılması üzrə işlərə töhfə verməsi gözlənilir.
Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək