08 avqust 2026 17:08
97

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun olub.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İlkin məlumata görə, uçqunun altında qalan 5 işçidən 1-i həyatını itirib, 1-i isə yaralanıb.

Əraziyə tibbi briqada və polis əməkdaşları cəlb olunub. yaralılar xəstəxanaya çatdırılıb.

Adana Valisi Mustafa Yavuz uçqunun "Yedigöze İçməli Su Layihəsi"ndəki 2 min 660 metrlik tunel işində meydana gəldiyini söyləyib.