08 avqust 2026 22:22
90

"Tottenhem"dən gedir

Manor Solomon karyerasını "Vest Hem"də davam etdirəcək.

“İki sahil” xəbər verir ki, London klubu "Tottenhem"lə 26 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Vest Hem" futbolçu üçün 5 milyon funt sterlinq ödəyəcək. Daha 2 milyon funt bonuslar şəklində nəzərdə tutulub.

Solomon tibbi müayinədən keçmək üçün artıq icazə alıb. Müayinənin sabah keçirilməsi planlaşdırılır. Bundan sonra futbolçu "Vest Hem"lə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, müqavilədə sözləşməni 2030-cu ilin yayına qədər uzatmaq imkanı da yer alacaq.