“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını yenidən Polşada davam etdirməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə sportowefakty.wp. pl saytı daxil olmaqla Polşanın bir neçə media qurumu jurnaıist Rafal Gikeviçə istinadən məlumat verib. Məlumata görə, 26 yaşlı qolkiper Ekstraklasa təmsilçisi “Veçista”ya (Krakov) keçməyə yaxındır.
Hələlik mümkün transferin maliyyə şərtləri ilə bağlı konkret məlumat yoxdur.
Qeyd edək ki, Koxalski 2024-cü ildə “Stal”dan (Melets) “Qarabağ”a keçib.
Polşalı qapıçı daha əvvəl ölkəsinə qayıtmaq variantını nəzərdən keçirdiyini və “Vidzev”in onunla ciddi maraqlandığını da açıqlamışdı.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var