İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi "Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün strateji tədbirlər haqqında" qanun layihəsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Sənədə əsasən, boğazın idarə olunması ilə bağlı yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Xatırladaq ki, avqustun 7-də İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi ölkə parlamentinin ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirdiyini açıqlamışdı.
Fransa XİN ABŞ Prezidentinin sosial media paylaşımlarına reaksiya verməyi vacib hesab etmir
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"