Türkiyənin şimal-şərqindəki Artvin vilayətinin Hopa rayonu sahillərində ekipajsız kater məhv edilib.
“İki sahil” Artvin valisi Turan Ergünə istinadla xəbər verir ki, dəniz xüsusi təyinatlıları Qara dənizin təyin olunmuş sektoruna yerləşdirilib və pilotsuz qayıq məhv edilib.
Ehtimal ki, məhvetmə qərarı partlayıcı maddələrlə yüklənmiş kater sahilə yaxınlaşarkən verilib.
İdarəetmədən çıxmış ekipajsız katerin Hopa limanındakı yanacaq çənləri ilə toqquşmasının qarşısını almaq üçün sahildə tez bir zamanda 600 metr uzunluğunda tor da çəkilib.
Britaniya XİN Moskvadakı səfirliyin keçmiş mühafizəçisinin saxlanılmasını şərh edib
Fransa XİN ABŞ Prezidentinin sosial media paylaşımlarına reaksiya verməyi vacib hesab etmir
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"