Moskvaya yaxınlaşarkən vurulan pilotsuz uçuş aparatlarının (PUA) sayı altıya çatıb.
“İki sahil” xəbər verir ki, paytaxtın meri Sergey Sobyan şəhərə doğru uçan daha üç dronun məhv edildiyini bildirib.
Mer sosial şəbəkə hesabında təcili yardım xidmətlərinin mütəxəssislərinin PUA qalıqlarının düşdüyü ərazilərdə işlədiyini açıqlayıb.
Xatırladaq ki, bazar günü gecə saatlarında S.Sobyanin üç PUA-nın zərərsizləşdirildiyini elan etmişdi. Bununla da gün ərzində məhv edilən dronların ümumi sayı altıya çatıb.
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına öz töhfəsini vermək cəhdlərini dayandırmır
İranda yanacaq daşıyan yük avtomobilinin partlaması 10 nəfərin həyatına son qoyub