09 avqust 2026 22:30
93

Quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" üzə çıxıb

Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb.

Üzərində tarixlər həkk olunmuş ilk daş Pirna şəhəri yaxınlığında Elba çayında üzə çıxıb. Daşın üzərində 1707-ci ildən başlayaraq 20-dən çox tarix qeyd olunub. Bu cür nişanlardan çaylarda və su hövzələrində su səviyyəsinin təhlükəli dərəcədə aşağı düşməsini göstərmək üçün istifadə edilirdi.

Elbanın Pirna ərazisində bəzi yerlərində suyun səviyyəsi 1 metrdən aşağı düşüb, Drezdendə isə bu 54 santimetr təşkil edir.

Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə Saksoniyada leysanlar mümkündür, lakin yağıntılarla bağlı vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilmir.