İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Məhəmməd Mehdi Təbətəbai məlumat verib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədrin istefası və yeni vəzifəyə təyin olunması ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Möhsün Rzayi şuranın katibi təyin edilib.
Rzayi bu vəzifədə martın 27-də sələfi Əli Laricəninin ölümündən sonra təyin olunan Məhəmməd Baqer Zolqədrini əvəz edib. Ali rəhbərin ofisinin açıqlamasında qeyd edildiyi kimi, Zolqədr isə Müctəba Xameneinin siyasi məsələlər üzrə müşaviri təyin olunub.
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb