09 avqust 2026 23:48
85

Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb

Böyük Britaniyada temperaturun 30 dərəcə və daha yüksək olduğu günlərin sayına görə yeni rekord qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

2026-cı ildə Birləşmiş Krallıqda artıq temperaturun 30 dərəcə və daha yüksək olduğu 35 gün qeydə alınıb, halbuki yayın başa çatmasına hələ üç həftə qalır. Əvvəlki rekord 1995-ci ildə qeydə alınmışdı.

Gələn həftə ölkəyə beşinci isti hava dalğasının gələcəyi gözlənilir və temperaturun 35 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.

Avqustun 3-də Böyük Britaniyanın meteorologiya xidməti bildirib ki, 2026-cı ilin iyul ayı bütün müşahidə tarixində İngiltərə və Uelsdə yayın ikinci ayı üzrə ən quraq iyul olub. Belə ki, İngiltərədə cəmi 6,5 mm yağıntı düşüb ki, bu da iyul ayı üçün orta göstəricinin yalnız 10 faizini təşkil edir. Uelsdə isə 9,3 mm yağıntı qeydə alınıb ki, bu da orta göstəricinin 9 faizidir.