10 avqust 2026 00:50
80

ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib

ABŞ-ın F-16 qırıcıları prezident Donald Trampın olduğu Nyu-Cersi ştatının Bedminster şəhəri üzərində uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyətləri pozan bir neçə təyyarəni ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

"NORAD-ın F-16 qırıcıları bu gün Bedminster üzərində müvəqqəti uçuş məhdudiyyətlərini pozan bir neçə ümumi aviasiya təyyarəsini ələ keçirib. Bütün hava gəmiləri təhlükəsiz şəkildə ərazidən müşayiət olunaraq çıxarılıb", - deyə məlumatda qeyd olunub.

Tramp Bedminsterdə yerləşən qolf klubunun sahibidir və həftəsonlarını tez-tez orada keçirir. ABŞ prezidenti cümə günü Bedminsterə gəlib və bazar günü Vaşinqtona qayıtması gözlənilir.