10 avqust 2026 02:20
82

Zelenski: Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir

Ukrayna Prezidenti Volodimir Zelenski Odessada ötən gecə baş verən zərbələrdən sonra bərpa işlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, Odessa və ətrafında səhər saatlarında 300 mindən çox ailə elektrik enerjisiz qalıb.

“İki sahil” xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkələrdə yayımladığı videomüraciətdə danışıb.

O, həmçinin Xarkov və vilayətinə, Pavloqrada, Xersona, Sumı və Jitomir vilayətlərinə zərbələr endirildiyini bildirib.

"Tamamilə ədalətli cavablar veririk və Rusiyanın hər zərbəsinə bizim cavabımız olacaq. Rusiyanın müharibəsi onların öz evlərində - Rusiyada getdikcə daha çox hiss olunacaq", - Zelenski deyib.

Ukrayna lideri Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyatların davam etdiyini də bildirib. Onun sözlərinə görə, Rusiya ərazisində zenit-raket kompleksləri və radar stansiyaları da vurulub, həmçinin Azov və Qara dəniz regionlarındakı Rusiya infrastrukturuna zərbələr endirilib.