Yaponiyanın Müdafiə Nazirliyi Ədən körfəzi zonasında piratlığa qarşı keçirilən beynəlxalq əməliyyatlarda iştirak etmək üçün ən son model "P-1" müşahidə təyyarəsini bu regiona göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, təyyarə Afrikanın şimal-şərqində yerləşən Cibutidə yerləşdiriləcək. Tokio həmin ölkədə daimi hərbi bazaya malikdir.
"P-1" Yaponiyanın öz istehsalı olan reaktiv təyyarədir və sualtı qayıqların, eləcə də suüstü gəmilərin müşahidəsi üçün nəzərdə tutulub. Bu hava gəmisi fasiləsiz olaraq 10 saatdan çox patrul xidməti apara bilir. Həmin texnikalar Yaponiya Hərbi Hava Qüvvələrinin silahlanmasına 2013-cü ildən daxil olmağa başlayıb. Hazırda ölkənin arsenallarında 40 belə təyyarə və ABŞ istehsalı olan 24 daha köhnə "P-3C" təyyarəsi var.
Tokio Ədən körfəzində piratlığa qarşı əməliyyatlarda 2009-cu ildən bəri iştirak edir. Müşahidə təyyarəsi ilə yanaşı, regionda rotasiya qaydasında Yaponiya Hərbi Dəniz Qüvvələrinin bir esminesi də fəaliyyət göstərir.
Benzin qiymətlərinin artması səbəbindən ABŞ-də hibrid avtomobillərin satışı 20% artıb
Oman "Caroline Bezengi" gəmisindən sızan neftin ləğvini çətinləşdirən səbəbləri açıqlayıb
"Atlantic": "Patriot" istehsalçıları Ukraynaya lisenziya verməkdən ehtiyatlanır