10 avqust 2026 10:33
92

Kamerun prezidenti artıq iki aya yaxındır ki, ölkədən kənardadır

Kamerunun 93 yaşlı prezidenti, 1982-ci ildən bu vəzifəni tutan Pol Biya artıq iki aya yaxındır ki, ölkə hüdudlarından kənardadır. O, iyunun 7-də qısa şəxsi səfərlə Avropaya gedib və həmin vaxtdan bəri ölkəyə qayıtmayıb.

“İki sahil” xəbər verir ki,  "Reuters" agentliyinin prezidentin üç fərmanına istinadla verdiyi məlumata görə, avqustun 3-də kamerunlu dövlət başçısı ölkənin ali hərbi rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri aparıb.

Biya ölkənin beş birləşmiş hərbi dairəsindən dördünün komandanını dəyişib və Çevik Reaksiya Qüvvələrinə yeni rəhbər təyin edib. Prezident qvardiyasının rəisi polkovnik rütbəsindən briqada generalı rütbəsinə qaldırılıb. Dəyişikliklər motoatıcı briqadaların komandanlığına da təsir edib. Fərmanlar dövlət radiosu vasitəsilə elan olunub.

93 yaşlı Biya dünyada fəaliyyətdə olan ən yaşlı prezidentdir və hakimiyyətdə qalma müddətinə görə Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nqema Mbasoqodan sonra ikincidir.

Prezidentin ölkədə olmaması fonunda onun səhhəti ilə bağlı şayiələr daha da intensivləşib. Hökumətin nümayəndəsi Rene Emmanuel Sadi bundan əvvəl bildirib ki, prezident sağdır və yaxın zamanlarda ölkəyə qayıdacaq.