10 avqust 2026 10:40
90

Minlərlə Seuta sakini miqrasiya böhranına reaksiya tələbi ilə mitinqə çıxıb

İspaniyanın Seuta şəhərinin minlərlə sakini miqrantların kütləvi şəkildə əraziyə daxil olmasından sonra muxtar şəhərdə yaranmış ağır vəziyyətə hakimiyyətin reaksiya verməsi tələbi ilə keçirilən nümayişə qoşulub.

“İki sahil” xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Aksiya iştirakçıları digər tələblərlə yanaşı, Baş nazir Pedro Sançesin istefaya getməsini tələb edən şüarlar da səsləndiriblər.