Avqustun 12–16-da Almaniyanın Frankfurt şəhərində bədii gimnastika üzrə 42-ci Dünya çempionatı keçirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından (AGF) bildirilib ki, Dünya Gimnastika Federasiyasının (World Gymnastics) təqvimində yer alan mötəbər yarışda müxtəlif ölkələrdən 300-dək gimnast iştirak edir. Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil olunur.
Qeyd edək ki, ölkəmizi çempionatda fərdi proqramda Fidan Qurbanlı təmsil edib. Təmsilçimiz halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb.
“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb