Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, ölkənin bir sıra regionlarında elektrik enerjisinin verilişində kütləvi fasilələr yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"14 avqust 2026-cı il tarixində Mərkəzi Asiya energetika sistemi tərəfindən elektrik enerjisi axınının kəskin dəyişməsi nəticəsində energetika sistemində güc yüklənməsi baş verib", — deyə idarənin açıqlamasında bildirilir.
Baş vermiş hadisə səbəbindən qəza əleyhinə avtomatik mühafizə sistemi işə düşüb və bu da ölkədəki bir sıra istehlakçıların işıqsız qalmasına gətirib çıxarıb.
Hazırda ərazidə bərpa işləri həyata keçirilir.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib