İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub hissəsində son vaxtlar İsrail qüvvələrinə hücumlar edən HƏMAS-ın bölük komandirini öldürüb.
“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib.
Məlumata görə, zərbə avqustun 13-də Xan-Yunis ərazisinə endirilib. Nəticədə İsrail hərbçilərinin HƏMAS-ın Xan-Yunisdəki briqadasının bölük komandiri adlandırdıqları Hüdeyfə Xalid Süleyman Kavari ölüb.
İsrail ordusunun məlumatına görə, müharibə zamanı Kavari HƏMAS yaraqlılarının hazırlığı və silahların daşınması ilə məşğul olub, eləcə də qruplaşmanın döyüş qabiliyyətinin bərpasında iştirak edib.
İsrail hərbçiləri bildiriblər ki, zərbə qüvvədə olan atəşkəsə baxmayaraq endirilib, çünki Kavari İsrail hərbçilərinə qarşı hücum əməliyyatlarını davam etdirirdi.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib