Böyük Britaniyada 24 saatdan az müddət ərzində ikinci dəfə qatarın relsdən çıxması hadisəsi baş verib - bu dəfə İngiltərənin cənub-şərqindəki Esseks qraflığında.
“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 14-də Uikford şəhəri yaxınlığında baş verib.
Polisin məlumatına görə, qatarın arxa vaqonları relsdən çıxıb, bu zaman onlar şaquli vəziyyətdə qalıblar.
Hadisə yerinə Britaniya nəqliyyat polisinin əməkdaşları, paramediklər və yanğınsöndürənlər gəliblər. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qatarın relsdən çıxmasının səbəbi və hadisənin təfərrüatları araşdırılır.
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır