Böyük Britaniyada, Uelsin Quinet dairəsində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Şimali Uels polisi məlumat yayıb.
Bildirilib ki, İngiltərədəki aerodromdan havaya qalxan təyyarə Kardiqan hava limanına nəzərdə tutulan vaxtda çatmayıb.
Başladılan axtarış-xilasetmə əməliyyatı zamanı aerodromdan təxminən 60 kilometr məsafədə, çətin keçilən ərazidə təyyarənin qalıqları və göyərtəsində olan iki şəxsin meyitləri aşkarlanıb.
Təyyarənin modeli və həlak olan şəxslərin kimliyi açıqlanmayıb.
Britaniya XİN Moskvadakı səfirliyin keçmiş mühafizəçisinin saxlanılmasını şərh edib
Fransa XİN ABŞ Prezidentinin sosial media paylaşımlarına reaksiya verməyi vacib hesab etmir
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"