Kanada İranın beş yüksəkvəzifəli nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand məlumat verib. Açıqlamaya əsasən, sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri də daxil edilib. Ottava rəhbərliyi bu məhdudiyyətlərin kritik əhəmiyyətli beynəlxalq su yolunu təhdid edən və Hörmüz boğazında gəmiçilik azadlığına mane olan fəaliyyətlərə görə tətbiq edildiyini bildirib.
Britaniya XİN Moskvadakı səfirliyin keçmiş mühafizəçisinin saxlanılmasını şərh edib
Fransa XİN ABŞ Prezidentinin sosial media paylaşımlarına reaksiya verməyi vacib hesab etmir
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"