15 avqust 2026 10:19
93

Cənubi Koreya Prezidenti KXDR ilə dinc yanaşı yaşamağa çağırıb

Koreya Respublikasının Prezidenti Li Çje Myon Şimali Koreya ilə dinc yaşamağa çağırıb.

“İki sahil” xəbər verir ki, Cənubi Koreya lideri bu barədə Koreya yarımadasının Yaponiya hakimiyyətindən azad edilməsinin 81-ci ildönümü mərasimində deyib.

Li Çje Myon xatırladıb ki, 2025-ci ildə Şimali Koreyadakı mövcud sistemə hörmət etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Seulun Pxenyana qarşı düşmənçilik planı yoxdur.

"Biz inklüzivlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dinc yanaşı yaşamağa çalışmalıyıq", - Cənubi Koreya Prezidenti deyib.

O, həmçinin Şimali və Cənubi Koreyanı danışıqlar masasına oturmağa çağırıb. Prezidentin sözlərinə görə, dialoqu "güzəşt deyil, dinc yanaşı yaşamağın başlanğıcı" kimi təsvir edib.