Milli Hidrometeorologiya Xidməti avqustun 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
“İki sahil” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Goranboy, Naftalan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək təşkil edəcək.

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?