İsrail Müdafiə Ordusunun Livanın cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna endirdiyi zərbə nəticəsində 11 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Livan mediasına istinadən məlumat yayıb.
Endirilən zərbələr nəticəsində Deyr-əz-Zəhrani şəhərində dörd, Ənsar şəhərində isə yeddi nəfər ölüb, üç nəfər yaralanıb.
Qəzet qeyd edib ki, İsrail Müdafiə Ordusu hələlik bu zərbəni şərh etməyib, lakin daha əvvəl İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq qruplaşmanın obyektlərinə zərbələr endirildiyini təsdiqləyib.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib