“Arsenal”ın futbolçusu Qabriel Martinelli “Qalatasaray”a keçməkdə maraqlı deyil.
“İki sahil” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
25 yaşlı braziliyalı futbolçunun nümayəndələri London klubuna onun karyerasını Türkiyədə davam etdirmək variantını nəzərdən keçirmədiyini bildiriblər. Daha əvvəl “Qalatasaray”ın Martinelli üçün 45 milyon avro təklif etdiyi xəbəri yayılmışdı.
“Arsenal” sərfəli təklif gələrsə, futbolçunu satmağa hazırdır. Lakin cinah oyunçusu klubdan ayrılmaqda israrlı deyil. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir və anlaşmada daha bir illik uzatma imkanı da nəzərdə tutulub. Yeni müqavilə ilə bağlı isə hələlik danışıqlar aparılmayıb.
Martinelli 2019-cu ildən “Arsenal”da çıxış edir. O, bu müddətdə 278 oyunda 62 qol vurub.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar