15 avqust 2026 19:30
158

"İmişli"nin futbolçusu zədələndi

"İmişli"nin futbolçusu Yau Mozes Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri ilk matçda zədələnib.

“İki sahil” xəbər verir ki, futbolçu matçın 39-cu dəqiqəsində əzələsini dartıb və oyunu yarımçıq tərk etməli olub. Onu Vüsal Qənbərov əvəzləyib.

Qeyd edək ki, matç hazırda davam edir və qapılara qol vurulmayıb.