16 avqust 2026 15:43
101

Zelenski: Rusiyanın Krivoy Roqa endirdiyi zərbələrdə iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb

Rusiya qoşunları yenidən Ukraynanın bir neçə rayonuna kütləvi zərbələr endirib, nəticədə azı üç nəfər həlak olub, onlarla insan xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bəyanat yayıb.

Onun sözlərinə görə, Kiyevdə və Kiyev vilayətində Rusiya zərbələri nəticəsində yanğınlar baş verib, altı nəfər xəsarət alıb.

Həmçinin Rusiya Silahlı Qüvvələri Kremençuk, Sumı və Krivoy Roqda mülki infrastruktura ballistik raketlərlə zərbələr endirib.

"Krivoy Roqda iki nəfər həlak olub və 14 nəfər yaralanıb. Sumıda bir nəfər həlak olub", - Zelenski dəqiqləşdirib.

Onun sözlərinə görə, təkcə bu həftə ərzində Ukraynanın 13 vilayəti hücuma məruz qalıb.