Avqustun 16-da gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərindəki “Kamenski” hərbi zavoduna hava zərbəsi endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalında məlumat yayılıb.
Müəssisədə yanğın baş verdiyi bildirilib və zərərin miqyası müəyyənləşdirilir.
“Kamenski” zavodu “Uraqan”, “Smerç” və “Tornado-S” çoxnövlü raket sistemləri, eləcə də bir sıra raket sistemləri və havadan atılan raketlər üçün bərk yanacaq istehsal edən müdafiə sənayesi müəssisəsidir. Şirkətin məhsulları Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə olunur.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib