16 avqust 2026 16:33
97

İsveçrədə fayton qəzası 1 nəfərin həyatına son qoyub, 12 nəfər yaralanıb

İsveçrənin şərqində meşəlik ərazidə ekskursiya zamanı faytonun ağaca çırpılması bir nəfərin ölümünə, 12 nəfərin isə yaralanmasına səbəb olub.

“İki sahil” xəbər verir ki, Qraubünden kanton polisinin bazar günü yaydığı məlumata görə, təxminən 40 nəfərlik qrup İtaliya sərhədi yaxınlığında, Qraubünden kantonunda yerləşən Rozeq vadisində ekskursiyada iştirak edirdi.

Qrup iki at qoşulmuş fayton karvanında hərəkət edirdi. Qəzaya düşən karvan ön faytondan və sərnişinlər üçün nəzərdə tutulmuş iki qoşqudan ibarət olub.

Yolun enişli hissəsində on karvanın faytonçusu əyləclərin gücünün kifayət etmədiyini görüb. O, sürəti azaltmaq üçün üç at qoşulmuş faytonu daha düz əraziyə yönəltməyə çalışıb. Lakin atlardan biri yıxılıb, bundan sonra faytonçu nəqliyyat vasitəsinə nəzarəti itirib. Fayton yol kənarındakı ağaca güclü şəkildə çırpılıb və bəzi sərnişinlər nəqliyyat vasitəsindən kənara atılıb.

Qəza nəticəsində 12 sərnişin yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Polis bildirib ki, 73 yaşlı qadın hadisə yerində həyatını itirib.

Polisin məlumatına görə, ekskursiyada iştirak edən 40 nəfərin hamısı İsveçrədə yaşayır., onların vətəndaşlığı barədə məlumat verməyib.

Yaralılar üç helikopter və dörd təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə şəraitini və səbəblərini müəyyənləşdirmək üçün araşdırma başlanılıb.