05 yanvar 2017 15:52
158

“Brent” nefti 59 dollar/barrelədək bahalaşacaq

“Goldman Sachs”: “Brent” nefti 59 dollar/barrelədək bahalaşacaq

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” “Brent” markalı neftin bir barrelinin qiymətinin 59 dollar olacağını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, “Goldman Sachs”ın analitiki Damien Courvalinenin fikrincə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin hasilatın azaldılması sazişinə riayət etmələri tələb artımına gətirib çıxaracaq və nəticədə neft ehtiyatlarının həcmi yay aylarına qədər normallaşacaq. O, “Brent” neftinin barrel qiymətinin 3-6 aylıq müddətdə 59 dollara yüksələcəyini proqnozlaşdırır.