ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında kollektiv təhlükəsizlik sazişinin bağlanmasını müsbət qiymətləndirib.
“İki sahil” xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda Məkkədə müdafiə sazişi bağlamasından çox məmnunam. Bu, Yaxın Şərqin birləşdiyini və ölkələrin nəhayət özlərini daha yaxşı müdafiə edə biləcəklərini göstərir", - Amerika lideri qeyd edib.
ABŞ rəhbəri həmçinin sazişi çox vacib və cəsarətli addım adlandırıb.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib