17 avqust 2026 08:56
101

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Kaliforniya ştatının San Dieqo şəhərinin şimalında meşə yanğını baş verib.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, hakimiyyət orqanları bəzi ərazilərin sakinləri üçün təxliyə əmri verib.

Yerli yanğınsöndürmə rəsmiləri bildiriblər ki, "Sorrento” yanğını 53 hektar əraziyə yayılıb və onun 15 faizi lokallaşdırılıb.

Yanğınla mübarizədə 160 yanğınsöndürən və 54 texnikanın iştirak etdiyi bildirilir.