Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 22-ci sanksiyanı elan edib. Onun sözlərinə görə, bu, 2022-ci ildən bəri ən böyük sanksiya paketi olacaq.
“İki sahil” xəbər verir ki, yeni paketin qəbul edilməsi Aİ sanksiyalarına məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayını təxminən üçdə bir qədər artıracaq.
K.Kallas bildirib ki, Brüssel bu payız Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətindədir.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlayıb. O, məhdudiyyətlərin Rusiyanın hərbi-sənaye və maliyyə sektorlarına, eləcə də vasitəçilərə təsir edəcəyini bildirib.
Ukrayna Silahlı Qüvvələri hava zərbələri ilə bağlı statistikanı niyə açıqlamır?
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sazişini dəstəkləyib