İspaniyanın Seuta muxtar şəhərinin hökumət rəhbəri Xuan Xesus Vivas 30 gün ərzində miqrasiya böhranı ilə bağlı vəziyyət yaxşılığa doğru dəyişməzsə, İspaniyanın Nazirlər Kabinetini məhkəmə orqanlarına müraciət edəcəyi ilə hədələyib.
“İki sahil” xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
"Avqustun ilk günlərində Madrid normal vəziyyəti bərpa etdiyini bildirərək reallığı bəzəməyə çalışırdı", — deyə nəşr siyasətçinin sözlərindən sitat gətirib. — "Ondan sonra isə tədbirlərin görülməsində demək olar ki, tam passivlik müşahid olundu". Vivas mərkəzi hökumətə vəziyyəti dəyişmək üçün 30 gün vaxt verib və əks halda digər dövlət instansiyalarına müraciət edəcəyini bildirib.
"Seuta sakinləri təslim olmaq niyyətində deyillər", - deyə o qeyd edib.
"Hökumət dövlətin çox mühüm hissəsidir, lakin bütün dövlət demək deyil. Biz digər dövlət strukturlarına və bütün İspaniya cəmiyyətinə müraciət etməkdə qərarlıyıq" - deyə Vivas əminliklə bildirib.